image-qanunla-reklam
image-2022-10-05-15-24-24ykxsufqodeewfrzjiunj_file

Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir.

Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Ümummilli lider Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.

Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.

Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində — daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Bu gün hər bir azərbaycanlı əsası xalqımızın Ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına sadiq olmalı, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməli və hər zaman Ümummilli liderimizin bu sözlərini əsas tutmalıdırlar: “Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Həmişə özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz”.

Elminaz Salahlı – Zərdab rayonu Şahhüseynli kənd tam orta məktəbinin müəllimi

 

 Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər.

Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Cənab Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibə haqqında da söhbət açmışdır. Cənab Prezident çıxışında bildirmişdi ki, “Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar.”

Cənab Prezident çıxışında otuzillik işğalın Ermənistana heç bir üstünlük verməməyindən. Əksinə, onların regional inkişaf proseslərindən təcrid edilməyindən. Onların rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirməklərindən, və indi özlərinə yeni ağa və ya ağalar axtarmaqlarından bəhs etdi.

Elminaz Salahlı – Zərdab rayonu Şahhüseynli kənd tam orta məktəbinin müəllimi

 

 

Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdü.

Cənab Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında qeyd etmişdir ki, “Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdü.”

Ermənistana təklif olunan sülh müqaviləsi beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil etməlidir.

Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir. Bu prinsiplər bir daha Azərbaycan Respublikasının beynəlxalq hüquqa əməl və hörmət etdiyinin təzahürüdür. Qarşı tərəfin illər boyu törətdiyi qətl və qırğınlara baxmayaraq Azərbaycan hökumətinin bu mövqeyi alqışa layiqdir.

Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən uzun fasilə oldu.

44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu prinsipləri dünya ictimaiyyəti əslində Azərbaycan Prezidentinin humanistliyi və tolerantlığı kimi qəbul etməlidir. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bu prinsiplər əslində bizim ədalətli mövqeyimizin göstəricisidir.

Yaşasın müstəqil və qüdrətli Azərbaycan Respublikası!

Nübar Qurbanova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

 

Perspektivli əməkdaşlıq istiqaməti.

1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. Azərbaycan-Çin dövlətlərarası münasibətlərində iqtisadi aspekt ön plandadır. Ümumən məlumdur ki, Çinin xarici siyasəti daha çox ölkənin iqtisadi maraqlarını qlobal miqyasda təmin etməyə yönəlib. Azərbaycan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrstruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır, bu isə Çindən Avropaya yük daşımaları üçün yeni marşrutdur. Azərbaycan hesab edir ki, bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin Xalq Respublikası ilə ikitərəfli siyasi əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan və Çin arasında əla münasibətlər var və görülən işlər həmin əməkdaşlığın inkişafı üçün zəmin yaradır.”

Ərazi bütövlüyü məsələsində Çin və Azərbaycanın maraqları üst-üstə düşür.  Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər hər iki dövlətin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Hər iki dövlət həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Xalidə Polad – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

 

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var.

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Şuşa Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşir. Azərbaycanın mədəniyyət paytaxtı, inzibati mərkəzlərindən biridir. Şəhərin təməlini ilk dəfə Qarabağ xanı olan Pənahəli Xan qoymuşdur. Məhz buna görə də Şuşa adı ilə yanaşı bu şəhərə Pənahabad da deyirdilər. Təbiətinin gözəlliyi ilə hər kəsi heyran edən Şuşa alınmaz qala idi. Burada 17 məhəllə vardı. Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Erməni vandalları tərəfindən bu meşələrin yox edilməsi haqqında məlumatlar vardır. Burada qədim tarixə malik ağacları kəsərək başqa ölkələrə satan ermənilər Şuşanın bu qədim tarixi meşəsini məhv etməyə çalşırdılar.

Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

9 noyabr 2020-ci ildə isə II Qarabağ Müharibəsi zamanı Şuşa işğaldan azad edilmişdir. Lakin bu gözəl torpağı azad etmək heç də asan başa gəlmədi. Dünyaya səs salmış II Qarabağ müharibəsində Şuşanın azad edilməsi hər kəsi heyran edir. Çünki Şuşa topla-tüfənglə, tankla deyil, Azərbaycan oğullarının cəsarəti, mərdliyi sayəsində düşmən tapdağından qurtuldu. Əlbəyaxa döyüşlə igidlərimiz bu torpağı canları, qanları bahasına geri aldılar. Şuşanın geri qaytarılması xəbəri ölkədə böyük coşqu və sevinclə qeyd olunmuş, insanlar meydanlara axışaraq bu zəfəri böyük təntənə ilə qeyd etmişdir.

Eşqin Məmmədov Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

 

Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir.

Cənab Prezident İlham Əliyev cari ilin 3 may tarixində Şuşada Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda 4-cü beynəlxalq konfransda iştirak edib. Tədbirdə çıxış edən dövlət başçısı mühüm məsələlərə aydınlıq gətirib. Dövlət başçısı növbəti dəfə Ermənistana xəbərdarlıq edib. “Əgər Ermənistan konstruktiv olmasa, yeni geosiyasi konfiqurasiyada özünə yer tapmalı olacaq”. Cənab Prezident vurğuladı ki, Ulu Öndər Heyder Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi, biz onun ən böyük arzusunu reallaşdırdıq. Biz bununla fəxr edirik, xoşbəxtik, bütün azərbaycanlılar, təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya azərbaycanlıları bizim qələbəmizlə fəxr edir. Bu qələbə tarixi ədalətin və beynəlxalq hüququn zəfəridir”. Konfransda çıxış edən dövlət başçısı onu da bildirib ki, Ulu Öndər zamandan və siyasi vəziyyətdən asılı olmayaraq hər zaman Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub. Görüşün Şuşada keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan dövlət başçısı qeyd edib ki, bu şəhər Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılıb. Şuşa həmişə Azərbaycan şəhəri olub, yalnız işğal dövründə 28 ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlığı altında idi. Prezident eyni zamanda İranla olan münasibətlərdən söz açaraq bu münasibətlərin ürəkaçan olmadığını vurğuladı. Dövlət başçısı qeyd edib ki, İranda bütün dairələr anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətini bir o qədər tez görərik.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman o daim Qarabağa çox böyük diqqət göstərmişdir. Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağın inkişaf mərhələsi olmuşdur. Heydər Əliyev Şuşaya hər zaman zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Dahi şəxsiyyət Heydər Əliyev bir çox bölgələrin, xüsusilə də Şuşanın çiçəklənməsi üçün mühüm tədbirlər görürdü. Şuşa qədim dövrlərdən etibarən abidələr diyarı idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrini əbədiləşdirmək üçün mühüm addımlar atılmışdır. Şuşa təkcə abidələr diyarı deyil,bir çox ziyalılarımızın doğulduğu,boya-başa çatdığı diyardır. Şuşada Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeyləri yerləşirdi.

Ümummili Lider Heydər Əliyev Şuşaya səfər edərkən bu ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunması üçün tövsiyələrini vermişdir. Azərbaycanın gözəlliklər diyarından biri olan Şuşa erməni qəsbkarları tərəfindən vəhşicəsinə işğal olunduqdan sonra görkəmli şəxsiyyət Ümummilli Lider Heydər Əliyev Şuşada zəfər qazanmaq yolunda daim mühüm tədbirlər həyata keçirmişdir. O, hər zaman Şuşanı azad görmək istəyirdi. Ümummilli Lider Heydər Əliyevin bu arzusu Cənab İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər, döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr nəticəsində baş verdi. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində qalib gəldi. Şuşa şəhəri işğaldan azad olundu. Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciət etdi və dedi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin əldə olunduğu gündür! Bu gün Azərbaycan xalqı üçün 8 Noyabr tarixi böyük əhəmiyyət kəsb edir. Həmin gün xalqımızın qürur günüdür. 8 noyabr Azərbaycan xalqının Zəfər günüdür.

Qabil Məmmədov – Zərdab rayonu Yuxarı Seyidlər tam orta məktəbinin direktoru

 

 

Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməsinə baxmayaraq hələ də Ermənistanın ölkəyə qarşı ərazi iddiaları var. Ermənilər 30 il ərzində özlərinə müstəqil dövlət qura bilməyiblər. Onlar hələ də xarici dairələrdən və xarici hərbi yardımdan asılı durumdadırlar. Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Əhalisinin böyük hissəsi ölkəni tərk edib. Uzun illərdən bəri qapalı qalan sərhədləri ilə sosial-iqtisadi inkişaf üçün heç bir imkan görünmür.

İki ilə yaxındır ki, davam edən və hər iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv baxışı ilə səciyyələnir. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi  Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan bu fikri qəbul etmir. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir.

Azərbaycan torpaqlarının işğaldan azad olunmasına baxmayaraq ərazidə hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.

Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da uzadır. Tarixə nəzər salsaq aydın olar ki,ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi – siyasi müstəvidə çox şeyi, ən əsası bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən daim boyun qaçırır. Bu şəkildə Ermənistan davam edərsə birmənalı olaraq müstəqil olmaq şansını tamamilə itirəcək.

Xəyalə Abdulxalıqova – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi

 

 

Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə imzalanmışdır. Əlavə olaraq Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar yaradır. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi, ideoloji və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Şuşa Bəyannaməsinin imzalanması çox mühüm və tarixi hadisədir.

Tarixə nəzər salsaq Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinin, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.

Bəyannamədə bir çox önəmli faktorlar öz əksini tapmışdır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunmuşdur. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də burada  qeyd olunmuşdur. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Rəşanə Bayramova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki