image-qanunla-reklam
image-heyderilham-1

Heydər Əliyev əsasını qoyduğu siyasət Özündən sonra da yaşayır və layiqlidavamçısı tərəfindən uğurla gələcəyə daşınır

image-lady-day-az

Heydər Əliyev böyük tarixi şəxsiyyətlərin elə unikal kateqoriyasına məxsusdur ki, Onun əsasını qoyduğu siyasət Özündən sonra da yaşayır və layiqlidavamçısı tərəfindən uğurla gələcəyə daşınır

Heydər Əliyev böyük tarixi şəxsiyyətlərin elə unikal kateqoriyasına məxsusdur ki, Onun əsasını qoyduğu siyasət Özündən sonra da yaşayır və layiqli davamçısı tərəfindən uğurla gələcəyə daşınır. Tarixdə bu cür nümunələr o qədər də çox deyildir. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində silinməz izlər qoymuş nadir dövlət xadimlərindən biridir.

Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı hesab edir. Ümummilli liderin siyasətinin həyata keçirilməsi ölkəmizin uğurlarının əsası, rəhnidir. Heydər Əliyev tərəfindən yaradılmış bünövrə o qədər möhkəmdir ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti və səyləri nəticəsində bu bünövrə üzərində nəhəng və əzəmətli bir bina – güclü və müasir Azərbaycan dövləti qurulmuşdur.

Bütün bunları daha yaxşı anlamaq üçün hər şeydən öncə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticələrinə toxunmaq lazımdır. 10 il ərzində Azərbaycan, sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçmişdir. İlk növbədə, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib. Ölkə iqtisadiyyatının sürətli inkişafı ÜDM-in 3,4 dəfə artımında ifadə olunub. Bu istiqamətdə dünya dövlətlərinin təcrübəsinə nəzər yetirsək, yəqin ki, 10 il ərzində iqtisadiyyatını 3 dəfədən çox artırmağa nail olmuş ölkə tapmaq olduqca çətin olar. İqtisadiyyatın 3 dəfədən çox artmasının fonunda digər sfera və sahələrdə də çox əhəmiyyətli və möhtəşəm dəyişikliklər baş verib. Təbii ki, iqtisadiyyatın inkişafı hər şeydən əvvəl, sosial rifahın yaxşılaşmasında ifadə olunur. Bu illər ərzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində də çox ciddi irəliləyişlər baş verib. Əməkhaqları və təqaüdlər dəfələrlə artırılıb, gəlirlərin artımı müşahidə olunub və insanların həyat səviyyəsində müsbət göstəricilər qeydə alınıb.

Bundan əlavə, yoxsulluq səviyyəsi ciddi şəkildə aşağı salınıb, kifayət qədər yeni iş yerləri açılıb və əhalinin məşğulluğu yüksək səviyyədə təmin edilib. 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. Həmçinin yoxsulluğun aradan qaldırılması siyasətinin nəticəsi kimi, ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 6 faizə endirilib. Azərbaycana gələn mötəbər beynəlxalq təşkilatların, o cümlədən dünya dövlətlərinin, xüsusilə də, Asiya ölkələrinin nümayəndələri bu inkişafın nə qədər böyük rezonansa səbəb olduğunu birmənalı şəkildə etiraf edirlər. Bütövlükdə, bütün bunların fonunda insanların həyat səviyyəsinin yaxşılaşdırılması imkanları artırılıb.

Əgər biz Azərbaycan dövlətinin büdcəsinin artım tempinə də nəzər salsaq, burada da möhtəşəm bir tərəqqinin əldə olunmasını görə bilərik. Son on il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb. Bir daha dünya dövlətlərinin bu sahədəki təcrübəsinə nəzər salsaq, qısa müddətdə öz büdcəsini 10 dəfə artıra bilən bir ölkəyə rast gəlmək çox çətin olar. Ümumiyyətlə, bu gün Azərbaycanın iqtisadi potensialı Cənubi Qafqazın toplam iqtisadi potensialının 80 faizi civarındadır.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki