image-qanunla-reklam
image-13e1d19d-91da-3f09-87c1-c69e91785a97_850

Hərbçilərin sosial müdafiəsi məsələləri Azərbaycanda yüksək səviyyədə təmin edilir

image-lady-day-az

Hərbçilərin sosial müdafiəsi məsələləri Azərbaycanda yüksək səviyyədə təmin edilir

Ölkəmizdə hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı məsələlərə dövlət müstəqilliyinin bərpasından az sonra, milli ordu quruculuğu üçün ilk addımların atıldığı vaxtdan xüsusi diqqət yetirilib, bir sıra qanunvericilik aktları qəbul edilib, hərbi qulluqçuların statusu, onlar üçün güzəştlər, imtiyazlar, maddi təminatlar müəyyənləşdirilib. Bu məsələlər Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müasir ordu quruculuğu prosesində əsaslı şəkildə öz həllini tapıb, hərbi qulluqçulara dövlət qayğısı real xarakter alıb. Bu gün bu uğurlu siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəşadətli ordumuzun Ermənistan işğalçı qüvvələrini məhv etməsi, təcavüzkar ölkəni diz çökdürməsi və möhtəşəm zəfər qazanması qəhrəman hərbçilərimizin onlara qüdrətli dövlətimiz və Müzəffər Ali Baş Komandan tərəfindən göstərilən diqqət və qayğıya, hərbçi peşəsinə verilən dəyərə cavabı oldu. “Dəmir yumruq” əks-həmlə əməliyyatı – 44 günlük Vətən müharibəsi Azərbaycan silahlı qüvvələrinin gücünün, onun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının necə yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi.

 

Fəal gənc Jalə Kərimli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki