image-qanunla-reklam
image-aa

Həmkəndlisini “zapravka”da öldürmək istədi

image-lady-day-az

Avqustun 6-sı saat 02 radələrində Xaçmaz rayon, Qusarçay kənd sakini Sahib Cəbrayılovun çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğundan Qanunla.Az-a  verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki,  zərərçəkmişin həmkəndlisi Nizami Baxışov kənd ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahib Cəbrayılova çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki