image-qanunla-reklam
image-turk-ordu-army

Hədəfdə birbaşa Türkiyədir – Başbuğ

image-lady-day-az

Cənubda hədəf alınan ölkənin birbaşa Türkiyə olduğunu deyə bilərik. Çünki xüsusilə İraq və Suriya torpaqlarında hansısa dövlətdən danışmaq mümkün deyil. ABŞ-ın hərbi qüvvələri, komandirləri İraqa gedib, mərkəzi hökumətdən heç bir icazə almadan Ərbili ziyarət edib qayıdırlar. Biz bu nümunələri dəfələrlə görmüşük və yaşamışıq.

Qanunla.Az xəbər verir ki, bu sözləri Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ İraqda baş verən son helikopter qəzasını və onun ətrafında yaranan spekulyasiyaları şərh edərkən deyib.

O bildirib ki, İraqda heç vaxt ABŞ əleyhinə çağırışların səsləndiyi görülməyib:

“Buna görə orada hər hansı bir dövlət quruluşundan söz açmaq sadəcə siyasətə istehza ilə yanaşmaq olar”.

Polkovnikin sözlərinə görə, oxşar vəziyyət Suriyada da hökm sürür:

“Onların bir az olsa da, baş verənlərə reaksiyası yoxdur. Reaksiya verən ölkə Türkiyədir. Ancaq ona da “ölkəni tərk et” deyib xəbərdarlıq edirlər. Amma onların haqlarını, hüquqlarını qoruyan bizik. Niyəsə bu onları narahat edir. Çünki xaricdəki sahibinin fikirləri ilə hərəkət edirlər.

Ona görə də bu torpaqlarda aparılan əməliyyatlar təbii ki, birbaşa bizə qarşı yönəlib. Bu səbəbdən Türkiyə bu əməliyyatları həyata keçirir və “Hədəf ölkə Türkiyədir”i vurğulayır. Həmçinin, İraqda qəzaya uğrayan helikopter də bu çirkin fəaliyyətlərdəndir”.

Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyinin (İKRG) Duhok şəhərinin Çemanke çölündə ABŞ helikopterinin təsadüfən partlaması və terror təşkilatı YPG-nin 9 üzvünün cəsədinin tapılması yerli və beynəlxalq mətbuatda böyük əks-səda yaradıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki