image-qanunla-reklam
image-qelebe_paradi

Heç kəs  unutmamalıdır  ki, azad edilmiş  torpaqlarımıza  bayrağımızı sancan  bizim qəhrəman əsgərlərimizdir

image-lady-day-az

Heç kəs  unutmamalıdır  ki, azad edilmiş  torpaqlarımıza  bayrağımızı sancan  bizim qəhrəman əsgərlərimizdir

2020-ci il noyabrın 10-u ölkəmiz üçün tarixi bir gündür. Həmin gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulmuşdur. Azərbaycan xalqı bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı. Sentyabrın 27-də başlamış Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır.

Torpaqlarımızın xaincəsinə işğalı illərində olduğu kimi, bu dəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri həlak oldu. Uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu. Amma bu, Azərbaycanın əzmini sındırmadı. Onların qanı yerdə qalmadı. Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı.

Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Yaralı  əsgər və zabitlərin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün də dövlət bütün işləri görür və bundan sonra da görəcəkdir. Ermənistan silahlı qüvvələrinin ballistik raketlərlə mülki vətəndaşlara atəş açması  hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər.
Bu gün dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edir. Azərbaycan dövləti bütün tarixi abidələri bərpa edir,  bütün məscidləri bərpa olunur, Şuşada yenə də azan səsi eşidilir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan azad etdi. Tarix yazan qəhrəman ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin fond mühafizi – Leyla Əliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki