image-qanunla-reklam
image-1687706947_1687706531_hakim

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

image-lady-day-az

İyulun 16-da hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən “Qanunla.az”a verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

https://exidmet.dim.gov.az/elimt/HakimTest

Test imtahanı 2023-cü il iyulun 16-da iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki