image-qanunla-reklam
image-1601023205-1542098631_5acaf63ce3f7d_dava

Göyçayda kütləvi dava – 5 nəfər yaralandı

image-lady-day-az

Göyçay şəhərində gənclər arasında kütləvi dava olub, xəsarət alanlar var.

Qanunlaşaz-ın məlumatına görə rayon sakinləri Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar-Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib. Dava zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Qanunla.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki