image-qanunla-reklam
image-1545162999-piyada_vurulmasi_0256

Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

image-lady-day-az

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qanunla.az”ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini Əhməd Çərkəzov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1949-cu il təvəllüdlü Rafiq Hacıyevi vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Sonra vəziyyəti ağırlaşan Rafiq Hacıyev Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki