image-qanunla-reklam
image-1641756786-b4cbcd20-0230-3826-9cf8-c6d1d7e62ba4_850

Göyçay sakinlərindən heroin və “patı” götürüldü

image-lady-day-az

Göyçay Rayon Polis Şöbəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətinə növbəti əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunla.Az-a daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş şəhər sakini Elşad Hüseynov saxlanılıb.Şəxsi axtarış zamanı ondan heroin və “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə qrupunun əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayon sakini Elvin Şirinov narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin və metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki