image-qanunla-reklam
image-polis-emeliyyat

Göyçay polisindən əməliyyat: saxlanılan var

image-lady-day-az

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evində narkotik vasitə və psixotrop maddə gizlədən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nişad Musayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, onun şəhər ərazisindəki yaşadığı ünvana baxış keçirilərkən oradan satış məqsədilə saxladığı heroin, tiryək, qurudulmuş marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Nişad Musayev barəsində həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki