image-qanunla-reklam
image-mikroavtobus-qeza

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşdı: 24 yaralı

image-lady-day-az

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb.

Qanunla.Az Report-a istinadla xəbər verir ki, hadisə Qaramusalı kəndində qeydə alınıb.

Fəhlələri daşıyan “Mersedes” markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 24 nəfər müxtəlif xəsarətlər alıb.

Xəsarət alanların 15-nin vəziyyəti kafi və orta-ağır, digər 9 nəfərin vəziyyəti isə qənaətbəxş və normal hesab olunur.

Qəza zamanı 2005-ci il təvəllüdlü S.Əhmədov, 2004-cü il təvəllüdlü M.Həsənli, 2009-cu il təvəllüdlü A.Bayramova, 1963-cü il təvəllüdlü Q.Nəbiyeva, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 2007-ci il təvəllüdlü A.Bayramova, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 1978-ci il təvəllüdlü İ.Tağıyeva, 1983-cü il təvəllüdlü G.Hacıyeva, 1987-ci il təvəllüdlü T.Allahverdiyev, 1971-ci il təvəllüdlü R.Mahmudova, 1966-cı il təvəllüdlü N Muradova, 1986-cı il təvəllüdlü G.Zeynalova, 1974-cü il təvəllüdlü G.Baxışova, 1975-ci il təvəllüdlü Z.Mahmudova, 1976-cı il təvəllüdlü V.Qarayeva, 1973-cü il təvəllüdlü A.Zeynalova, 1967-ci il təvəllüdlü İ.Şükürova, 1998-ci il təvəllüdlü M.Baxışova, 1970-ci il təvəllüdlü İ.Nuruyev, 1987-ci il təvəllüdlü G.Quliyeva, 1991-ci il təvəllüdlü E.Tağıyev, 2001-ci il təvəllüdlü S.Həsənzadə və E.Qarayeva xəsarət alıblar.

Qeyd edək ki, xəsarət alanların bəzilərinin üzərinə qaynar su dağılıb və yanıq xəsarətləri alıblar. Onlardan E.Qarayevanın vəziyyəti ağırdır, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki