image-qanunla-reklam
image-f90084e5-0702-3d2b-82f5-0c38ba476ada_850

Goranboyda 37 yaşlı qadın qətlə yetirilib

image-lady-day-az

Goranboy rayonunda qadın əvvəlcə avtomobillə vurularaq, sonra isə bıçaqlanaraq qətlə yetirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova öncə avtomobillə vurulub, daha sonra bıçaqlanıb. Qadın ağır halda xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mehman Süleymanovun törətdiyi güman olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki