image-qanunla-reklam
image-1665085588-ilham

Gənclər siyasəti

image-lady-day-az

Gənclər siyasəti.

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.

Cənab Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyət avanqard qüvvəsinə çevrilir, üstəlik, gənc nəsl özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2011-ci il tarixli 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə “Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Cənab Prezidentin sərəncamlarına uyğun olaraq gənclərlə bağlı imzalanmış bütün sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Cənab Prezident İlham Əliyev 10 mart 2020-ci il tarixdə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında gənclər siyasəti ilə bağlı mühüm məsələlərə toxunaraq qeyd etmişdir ki, “Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur”

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

Demokratik təcrübə.

10 mart 2020-ci il tarixdə Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak keçirilmiş etmişdir. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söylədi.

Cənab Prezident İlham Əliyev onu da vurğuladı ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı vurğuladı ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd etdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışdı, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən seçkilərin Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığından söhbət açdı. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir.

 Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında həm mühüm, həm də tarixi mərhələni təmsil edir. Gənclərin əsas ehtiyaclarını, problemlərini həll etmək, imkanlarını düzgün dəyərləndirmək, mövcud durumu və dəyişiklikləri nəzərə almaqla həll etmək, növbəti nəsillərin problemlərlə deyil, “Azərbaycanın inkişafı naminə daha hansı uğura imza ata bilərəm” sualı ilə üz-üzə qoyub buna cavab axtarması istiqamətində əməli addımların atılması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin siyasətini layiqincə icra edən cənab Prezident İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri gənclər siyasəti olub.Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini əks etdirmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir. Azərbaycan gəncləri dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli cəmiyyət uğrunda əməli işlərə imza atırlar. Azərbaycan gəncləri təkcə dövlət dəstəyini alaraq öz inkişafının qəhrəmanları olmaqla kifayətlənmirlər, bugünkü gənclik özünün sosial-iqtisadi inkişafda iştirakının əsasını və mexanizmini təmin edərək cəmiyyətə faydalı olurlar.

İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır.  Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur.

Nüşabə Əhmədova – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

Azərbaycanın xarici siyasəti situativ deyil.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bu günə kimi istər qonşu, istər qonşu olmayan dövlətlərlə mehriban, dostluq münasibətləri qurmağı əsas hədəf qoymuşdur. Amma nə etmək olar ki, ölkəmizin yerləşdiyi bölgə bir çox super güclərin maraq dairəsində olduğundan və Ermənistan kimi təcavüzkar siyasət yeridən qonşunun işğalçılığı üzündən gərginlik ocağı olaraq qalır. Bir çox ölkələr Azərbaycanın ciddi iqtisadi potensiala malik olaraq dövlətini gücləndirə biləcəyini həzm etməyərək, hər vəchlə çalışırlar ki, ölkəmiz daim təhdid və təzyiq altında yaşasın. Qonşu olan 5 dövlətdən ölkəmiz 4-ü ilə strateji tərəfdaşlıq, mehriban qonşuluq və dostluq prinsipləri əsasında bir sıra müqavilələr imzalayıb. Qonşularımız arasında qardaş Türkiyə ilə münasibətlər xüsusi önəm kəsb edir. Rəsmi Ankara Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Bundan başqa, Türkiyə Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsinə cavab olaraq İrəvanla sərhədləri bağlayıb. Hansı ki, sərhədlərin açılması istiqamətində bu gün bəzi cəhdlərin olmasına baxmayaraq, Türkiyə hökuməti işğal faktoru aradan qalxmayınca sözügedən qərarında möhkəm dayandığını bəyan edib. Ölkəmizlə Türkiyə arasında əlaqələr strateji tərəfdaşlıq istiqamətində qurulub. Bütün sahələr üzə əlaqələr məhz bu prinsiplə həyata keçirilir. Ankara müstəqilliyin ilk illərində Azərbaycana qardaşlıq yardımı göstərən ilk ölkələrdəndir. Azərbaycan ordusunun müasir tələblərə cavab verərək bölgənin ən güclü ordusuna çevrilməsində də Türkiyənin özünəməxsus xidmətləri olub.

Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2014-cü ildə Ər-Riyadda keçirilmiş birinci “Ərəb Dövlətləri Liqası – Orta Asiya – Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu”nun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda, Bəyannamədə cənab Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Respublikası 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. Azərbaycan Prezidentinin Fərmanı ilə 2016-cı ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafına dair 5 milli prioriteti əsas götürüb: dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

 

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir.

Azərbaycan demokratik, müstəqil, dünyəvi, hüquqi bir dövlətdir. Bu baxımdan həm siyasi, həm iqtisadi sistemin formalaşması istiqamətində uğurlu addımlar atılmış və hal-hazırda davam edir. Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində siyasi və iqtisadi cəhətdən, dövlətimizin dahada qüdrətlənməsi, xalqla, dövlət arasında birliyin formalaşdırılması siyasi cəhətdən güclü demokratik prinsiplərə cavab verən, dünya təcrübəsinə inteqrasiya olunmuş və eyni zamanda milli dəyərlərini qoruyub saxlayan, qüdrətli dövlətin qurulması, iqtisadi baxımdan isə xalqın, sosial rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi sosial təlabatların ödənilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir. Son zamanlar əmək haqlarının pensiyaların artırılması sahəsində atılan növbəti addımlar Prezident İlham Əliyev cənablarının bu istiqamətdə imzaladığı səramcamlar və bunların həyata keçirilməsi, dövlətin öz iqtisadi siyasətinə sadiqliyinin dövlət başçımızın isə öz xalqına daimi diqqət və qayğısının təzahürüdür. Bu əllbətdəki daimi və davamlı bir prosesdir. Çünki, dövlət başçımız cəmiyyət daxilində, enmələri və yüksəlmələri nəzərə alaraq buna uyğun tənzimləmə siyasəti həyata keçirir, insanların istehlak zəmbilinə uyğun yaşam şəraitini nizamlayır. Bu baxımdan daima güclü, iqtisadi mənbələrin formalaşması zərurəti yaranır. Dövlətimiz neft və qeyri neft sturukdurlarının genişləndirilməsi, vergi sahəsində yeniliklərin yaradılması, dövlət səviyyəsində şəffaflığın artırılması və kölgə iqtisadiyyatına qarşı mübarizə istiqamətində atdığı addımlarla yeni iqtisadi imkanlar yaradır. Əlbətdəki dövlət başçımızın istər siyasi istərsədə iqtisadi sahədə həyata keçirdiyi bütün islahatlar dövlətimizin və xalqımızın işiqlı, parlaq gələcəyinə xidmət edir.

Piralı Əliyev – Zərdab şəhər 2 nömrəli tam orta məktəbin direktoru

 

Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.

Cənab Prezident İlham Əliyev son 19 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi Şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Əlverişli coğrafi mövqeyə malik olan, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə iqtisadiyyatının inkişafı fonunda bu siyasət razılıqla qarşılanmaqla bərabər, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu da artırır.

Ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi də dövlətimizin başçısının uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev bütün bunlarla bağlı deyib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur. Məhz bu uğurlu daxili siyasətin nəticəsində ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya, dünya arenasında sayılıb-seçilən mövqeyə sahibdir. Bununla yanaşı, Azərbaycan həm də, güclü, vətəndaş mərkəzli sosial siyasətə malikdir.

Sitarə Qasımova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktor müavini

 

Parlamentin fəaliyyətində məsuliyyət və şəffaflıq amili.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Onu da qeyd edək ki, hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaradılmasının əhəmiyyətini xüsusi vurğulayıb. VI çağırış parlamentdə diqqətçəkən yeni tendensiyalardan biri də qanun layihələri ilə bağlı əhatəli dinləmələrin keçirilməsinə geniş yer verilməsidir. Bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin daha effektiv həllinə və nəticə etibarilə, layihələrin daha yüksək səviyyədə hazırlanmasına kömək göstərir.

Xüsusilə, cəmiyyətin ciddi marağında olan önəmli məsələlərlə bağlı geniş dinləmələrin təşkil olunması müvafiq qanunların daha mükəmməl hazırlanmasına, mütərəqqi təkliflərin nəzərə alınmasına şərait yaradır. Cənab Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında nitqi zamanı deputatlara tövsiyə etmişdi ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. Bu tövsiyədən irəli gələrək ötən dövrdə Milli Məclisin deputatları seçildikləri dairələrin problemləri ilə daim maraqlanıb, seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirib, seçicilərlə sıx təmasda olmağa çalışıblar. Qeyd etdiyimiz kimi, VI çağırış Milli Məclis fəaliyyətində şəffaflığa böyük önəm verir. Bu baxımdan, parlamentin ictimaiyyətlə əlaqələri də yüksək dəyərləndirilməlidir.

Elminaz Salahlı – Zərdab rayonu Şahhüseynli kənd tam orta məktəbinin müəllimi  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki