image-qanunla-reklam
image-basqin

Gəncədə silahlı basqın: ana və oğluna xəsarət yetirildi

image-lady-day-az

Gəncə şəhərində evə silahlı basqın olub.

Qanunla.Az xəbər verir ki, fərdi yaşayış evinə gizli yolla daxil olan iki maskalı şəxs evdə olan 1975-ci il təvəllüdlü Xəyyam Rasim oğlu Namazov və onun anası, 1950-ci il təvəllüdlü Xurşid Əli qızı Namazovaya xəsarət yetiriblər.

Belə ki, maskalı şəxslər odlu silahın qundaq hissəsi ilə X.Namazovun baş nahiyəsinə zərbə endiriblər, qadına isə kəsici alətlə xəsarətlər yetiriblər.

Daha sonra yaranan səs-küyə görə basqınçılər evdən qaçıblar. Hadisə ilə bağlı polisə məlumat verilib və araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki