image-qanunla-reklam
image-qadini-doymek

Gədəbəydə arvadını döyən şəxsin cinayətinə xitam verildi — Hökm

image-lady-day-az

Gədəbəy rayonunda 1988-ci il təvəllüdlü Yaşar şəxsi münasibətlər zəminində arvadı Nərminəni (adlar şərti verilib – red.) döyüb. 

Qanunla.Az-ın əldə etdiyi məlumata görə, Yaşar bu ilin martın 10-da, saat 16.30-da birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində arvadı Nərminə ilə mübahisə edib.

Yaranmış mübahisə zamanı Yaşar arvadının yumruqla və təpiklə vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Yaşarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nərminə onun arvadıdır: “Onunla birgə nikahlarından iki azyaşlı övladımız var. Martın 10-da, saat 16.30-da yaşadığımız evdə Nərminə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı Nərminəni əlim ilə vurdum, ona xəsarət yetirdim. Törətdiyim cinayət əməlinə görə peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nərminənin sözlərinə görə, Yaşar tez-tez spirtli içkilər içir: “Martın 10-da Yaşar nahar zamanı spirtli içki içdi. Sərxoş vəziyyətdə mənimlə mübahisə etməyə başladı. Bu zaman yumruqla sol göz nahiyyəmə, boşqabla isə baş nahiyyəmə vurdu. Boğazımı əlilə tutaraq sıxdı. Səsə anam və qardaşım gəldi. Bizi araladılar”.

Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxs оndan üzr istəyib, dəyən ziyanı ödəməklə barışıb. Bildirib ki, təqsirləndirilən şəxsdən şikayəti yoxdur.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınıb.

Yaşarın barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki