image-qanunla-reklam
image-dava3

Futboldan sonra kütləvi dava, əlini bıçağa atdı, 6 il həbs cəzası…

image-lady-day-az

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 2005-ci il təvəllüdlü Nihat Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2005-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Nihat Səfərov qonşusu və həmyaşıdı Qiyas Həsənov (şərti) ilə aralarında 30 may 2021-ci il tarixdə, yəni bir gün əvvəl baş vermiş mübahisəni aydınlaşdıramaq üçün saat 23 radələrində özünə yaxın münasibətdə olan şəxslərlə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış massivində boş torpaq sahəsinə gedib. Orada 2004-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan zərərçəkmiş Ziyad Əliyev (şərti) ilə aralarında baş vermiş mübahisə zamanı xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi turist bıçağı ilə ona zərbələr vurub. Nəticədə Nihat Ziyada həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmağa aid xəsarətlər yetirib.

Məhkəmədə Nihat Səfərov ittiham olunduğu əməllər üzrə özünü qismən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, məhəllədə futbol oynayan zaman top qonşuluqda yaşayan Sarıgilin (şərti) həyətlərinə düşüb. Bundan sonra o, və Qiyas Sarıgilin darvazalarını döyüblər ki, topu götürsünlər. Qapını heç kim açmayıb. Bundan sonra Sarıgilin həyətlərinə hasardan keçərək topu axtarıb, lakin tapa bilməyib. Daha sonra Nihat həyətə düşüb, Qiyasla ilə birlikdə bir az axtarandan sonra topun üzüm tənəyinə ilişdiyini görüb. O, topu götürüb hasardan tullanıb. Bir az oynayandan sonra top yenidən Sarıgilin həyətlərinə düşüb. Top həyətə düşən kimi, kimsə onu həyətdən küçəyə atıb.

Təxminən 30 dəqiqədən sonra top bir daha Sarıgilin həyətlərinə düşüb. Onlar ev sahibini narahat etməmək üçün topu götürməyib və evlərinə gediblər. Əvvəlcə Sarı ilə mübahisələri olub. Mübahisə vaxtı Nihat onu yumruqla vurub. Sonra Ziyad Əliyev onları söhbətə çağırıb, lakin ora getməyiblər. Sarı ondan nə üçün bir gün əvvəl onu vurmağını soruşub. Bu zaman Sarı Nihatı yumruqla vurub. O da cavabında yumruqla vurub zərərçəkmişi yerə yıxıb. Sonra kimsə Nihatı arxadan güclü zərbə ilə vurub. Zərbənin təsirindən Nihat divara dəyərək yerə yıxılıb, arxaya çönəndə Ziyad üstünə hücum çəkib, ünvanına nalayiq söyüşlər söyüb, yumruq və təpik zərbələri ilə onu yerdə vurub.

Təqsirləndirilən şəxs söyləyib ki, yerdə olan zaman Ziyadın bu hərəkətlərinə və söyüşlərinə dözməyib əlində olan bıçaqla onun bədən nahiyəsinə bir neçə dəfə vurub. Səbəb isə Ziyadın ondan aralanmasını göstərib. Söhbətə 7-8 nəfər gəldiyini, onların isə 3 nəfər olduğunu deyib.

Nihat sonda törətdiyi əməldən peşman olmadığını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki