image-qanunla-reklam
image-photo

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır

image-lady-day-az

Fransanın müstəmləkəçiliyindən əvvəl Əlcəzair kifayət qədər güclü dövlət idi və Aralıq dənizi hövzəsinin əksəriyyətinə nəzarət edirdi. Lakin 1830-cu ildə general Burmonun komandanlığı altında fransızlar tərəfindən Əlcəzairə nəhəng bir hərbi ekspedisiya göndərildi. Burmon yerli xalqa müraciətində bildirirdi: “Biz fransızlar və sizin dostlarınız indi ölkənin paytaxtı Əlcəzair şəhərinə gedirik. And içirik ki, xoş niyyətimiz var və siz bizə qoşulub təhlükəsizliyimizi təmin etməyə qadir olduğunuzu sübut etsəniz, o zaman hakimiyyət əvvəlki kimi sizin əlinizdə qalacaq və siz ölkənizin müstəqilliyini qoruyub saxlayacaqsınız”. Amma Əlcəzair ərazisinə daxil olduqdan dərhal sonra fransızlar nasistlərin Şərqi Avropada törətdikləri ilə müqayisə edilə bilməyən cinayətlər törətməyə başladılar. Onlar yerli sakinləri ərəb kimliyindən və İslamdan imtina edərək Fransa təbəəliyini qəbul etməyə məcbur edirdilər. Bu şərti qəbul etməyənlər qətlə yetirilirdi. Xalqa ana dilində danışmaq, yazmaq, adət-ənənlərini təbliğ etmək qadağan edilmişdi. Silah gəzdirən, siyasi xarakterli söhbət, toplantı keçirmək istəyənlər yerindəcə güllələnirdi. Ümumilikdə 10 milyona yaxın əlcəzairli müxtəlif formada Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. Təbii ki, bu qanlı cinayətlərin müvafiq qiymətini alması çox vacibdir və elə Prezident cənab İlham Əliyev Əlcəzairə səfəri çərçivəsində bu məsələyə xüsusi diqqət edib. Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında fəxri qonaq statusunda iştirak edən Azərbaycanın dövlət başçısı sözügedən tədbirdə çıxışı zamanı bildirirb: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki