image-qanunla-reklam
image-1675757559_charlie-hebdo-depremle-alay-etti-15613322_5964_m

Fransanın bu jurnalı Türkiyədəki zəlzələni məsxərəyə qoydu

image-lady-day-az

Daha əvvəl müsəlmanların inanclarını təhqir edən karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalı Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə insanın həyatını itirdiyi zəlzələləri məsxərəyə qoyub. 

“Qanunla.az” xəbər verir  ki,  jurnalın dərc etdiyi karikaturada zəlzələdən dağılmış binalar çəkilib və üzərində “Tank göndərməyə ehtiyac yoxdur” sözləri yazılıb.

Sözügedən paylaşım sosial mediada böyük əks-səda doğurub.

Xatırladaq ki, episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlər Türkiyə və Suriyanın şəhərilərində minlərlə insanın ölümünə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki