image-qanunla-reklam
image-0611b627-8c5f-309b-a43c-2b9e6abf89dd_850-1653640728

Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən

image-lady-day-az

Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən

Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində fəaliyyət göstərmişdir. Qeyd olunmuşdur ki, dövlət müstəqiliyimiz elan olduqdan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. XX əsrin əvvələrində və sonrakı dövrlərdə Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənə bilməmişdi. Ona görə xalqımız böyük faciələrlə qarşılaşmışdı. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtki hakimiyyət torpaqlarımızı qoruya bilmədi.

1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan Azərbaycanın tarixi torpağı olan Qərbi Zəngəzur Azərbaycandan ayrılıdı və Ermənistana birləşdirildi. Bu Azərbaycan xalqına qarşı növbəti düçmənçilk və ədalətsizlik idi. Müasir Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da, vəziyyət çox dəyşmədi. 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan Azərbaycan qarşı təcavüzkar siyasətindən əl çəkmədi, müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Bundan sonra Ermənistan bu işğalçılıq siyasətini davam etdirmiş Qarabağı və ətraf rayonları işğal etmişdir. Ancaq 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etdikdən sonra Azərbaycanın müstəqillik həyatı başlamışdır.

Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət imkan verdi ki, Azərbaycan həm siyasi , həm də iqtisadi müstəqilliyini möhkəmləndirsin və qarşıya qoyulmuş bütün vəzifələri, o cümlədən ən əsas vəzifəni, işğal altında olan torpaqlarımızı işğaldan azad edilməsini reallaşdırsın. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünügöstərdi, həm də mənəvi keyfiyyətini göstərdi. Azərbayca Ermənistandan fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmadı, kənd və şəhərləri yerlə-yeksan etmədi.

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki