image-qanunla-reklam
image-1644480163-ermeni

Ermənistanda yanaraq ölən hərbçilərin komandiri HƏBS EDİLDİ

image-lady-day-az

Ermənistanda məhkəmə yanaraq ölən hərbçilərin komandiri kapitan Yegiş Akopyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qanunla.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, kapitan Yegiş Akopyanın adı Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğınla bağlı cinayət işində hallanır.

Qeyd edək ki, bu il yanvarın 19-da Azad kəndindəki hərbi hissədə yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki