image-qanunla-reklam
image-1681721973-uz-foto-esger

Ermənistanda hərbçilərimizə yalançı ittihamla cinayət işi açıldı

image-lady-day-az

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində Azərbaycanın 2 hərbçisinə qarşı qanunsuz cinayət işi başladılıb. 

QANUNLA.AZ  erməni KİV-ə istinadən xəbər verir ki, iddia qaldıran müstəntiqin vəsatəti “cinayət işi”nə rəhbərlik edən prokuror tərəfindən təmin edilib.

Hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov eyni maddə ilə ittiham olunub. Guya onlar qabaqcadan erməni tərəfi ilə razılıq əsasında bir qrup şəxs tərəfindən gömrük nəzarətindən gizlədilib, sərhəddən qanunsuz olaraq odlu silah və döyüş sursatı keçiriblər.

İrəvan şəhər Baş Yurisdiksiyası Cinayət Məhkəməsinin qərarı ilə onlar həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki