image-qanunla-reklam
image-1659600496_yenigundem_76f7d585e2b8594b15814b9389a7cb1a_iyb8s7ptfjhg0lav6c3o

“Ermənistan razılaşmanı pozmaqda davam etsə…” – Deputat

image-lady-day-az

“Qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib”.

“Qanunla.az” xəbər verir ki, bunu deputat Mahir Abbaszadə deyib. Deputat bildirib ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür:

“Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Terror-təxribat nəticəsində şəhid olmuş hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğluna Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Ermənistan tərəfi qəbul etməlidir ki, bəyanatın müddəalarını nümayişkəranə surətdə pozması və onun tələblərinə əməl etməməsi nəticəsində bir daha ağır məğlubiyyətə düçar olacaq.

Yaşasın, Müzəffər Ali Baş Komandan! Var olsun, rəşadətli Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki