image-qanunla-reklam
image-1669400355_16693589291280545275_1000x669

Ermənistan ordusunda 11 min fərari olmuşdur

image-lady-day-az

Ermənistan ordusunda 11 min fərari olmuşdur

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının Ermənistanın hərbi təxribatlarından sonra başladığı müharibənin davam etdiyi 44 gün təkcə ölkəmizin parlaq Qələbəsi və otuz ilə yaxın müddətdə işğal altında qalan ərazilərimizin azad edilməsi ilə yadda qalmadı. 44 gün davam edən müharibənin ilk günlərində ancaq döyüşən ordunun komandanlığı tərəfindən diqqət çəkən detallar deyildi, elə həmin dövrdə cəbhədən gələn xəbərləri şərh edən bitərəf hərbi ekspertlərin müşahidə etdikləri gerçəklik idi. Təsadüfi deyil ki, onlar tərəfindən təhlil edilən bu gerçəkliklər 2020-ci il oktyabr ayının birinci ongünlüyündə Azərbaycanın Qələbə qazanacağının şübhə doğurmadığını demək üçün əsas verirdi. Prezident cənab İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciəti zamanı çıxışında “Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur”.

Belə ki, istər 44 günlük müharibədən əvvəl, istərsə də onun gedişi zamanı Ermənistan silahlı qüvvələrində fərarilik halları, bununla bağlı açılan cinayət işləri barədə KİV-də materiallar epizodik görünmürdü, lakin fərariliyi doğuran amilləri araşdırmaq da heç kimin ağlına gəlmirdi. Bu, bir tərəfdən Ermənistan ordusunda bərqərar olmuş dözülməz şəraitlə bağlı idisə, digər tərəfdən erməni gənclərinin özününkü olmayan torpaqlar uğrunda döyüşmək istəməməsinin nəticəsi idi. Prezident cənab İlham Əliyev əslində Ermənistan ordusunun hansı prinsiplər və əsaslar üzərində qurulduğu, hansı mənəvi normalarla idarə edildiyini vurğulamaqla hər bir silahlı qüvvələrin güc mənbəyini göstərirdi. Bu mənada Müzəffər Ali Baş Komandanın Ermənistan ordusu barədə söylədiyi fikirlər diqqətçəkəndir: “Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar”. Ermənistan ordusunda fərarilik problemi bir çox informasiya agentliyinin də diqqətini cəlb etmişdir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki