image-qanunla-reklam
image-16673070384685258465_1000x669jpg-1667308285

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

image-lady-day-az

Noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci sammiti başlandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev Əlcəzair Prezidentinin dəvəti ilə bu ölkəyə səfərə gedib. Dövlət başçımız sammitdə Fəxri qonaq statusunda iştirak edib. Regiondakı aktual məsələlərin, xüsusilə Liviya, Suriya, Yəmən, Fələstin böhranı, o cümlədən, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ərəb ölkələri arasında münasibətlərin gücləndirilməsi və bu sahədə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Son aylar ərzində Prezidentimiz cənab  İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, indi isə Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı ölkəmizin həm fəal, təşəbbüskar xarici siyasət aparmasının, həm də multilateralizmə, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan belə tədbirlərdə iştirakla öz mövqeyini beynəlxalq müstəvidə irəlilətmək üçün əla imkanlar əldə edir. Siyasi məsələlərə xüsusi diqqət yetirən və Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən təşkilat ərəb dünyasında 400 milyondan çox insanı əhatə edir. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Belə ki, əsrlərlə Azərbaycan şairləri və mütəfəkkirləri ərəb dilində də yazıb yaratmışlar. Dahi Azərbaycan şairləri Nəsiminin və Fizulinin məzarlarının ərəb dövlətləri ərazisində yerləşməsi bu bağlılığın daha bir bariz nümunəsidir.

Azərbaycan ərəb dünyasının haqq işini həmişə dəstəkləyib, Fələstinə, Yəmənə, Sudana və digər ərəb-müsəlman ölkələrinə humanitar yardımlar edib. Ərəb ölkələrinin cəmləşdiyi ƏDL də Azərbaycanın Qarabağ münasiqəşinin həlli istiqamətində apardığı haqlı mübarizəni həmişə təqdir edib, Ermənistanın işğalçılıq siyasətini pisləyib. 2012–2013-cü illərdə ƏDL Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləmişdi.

Azərbaycan həmişə İslam həmrəyliyinin vacibliyini vurğulayıb, dini adət və ənənələrin gücləndirilməsinin tərəfdarı kimi çıxış edib. Bakıda keçirilən İslam Oyunlarını da buna nümunə göstərmək olar. Həmin oyunlar İslam dünyasının birliyinin, tolerantlığının və sülhsevərliyinin mühüm göstəricilərindən birinə çevrilmişdi.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi -İlahə Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki