image-qanunla-reklam
image-1658213872-62d64faf367f662d64faf367f7165821227162d64faf367f462d64faf367f5

Ərdoğan İbrahim Rəisi ilə görüşdü

image-lady-day-az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi görüşüb.

“Qanunla.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Bildirilib ki, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial addımlar müzakirə olunacaq.

Türkiyə prezidentinin İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ilə də görüşü gözlənilir. Ərdoğan və Rəisi daha sonra yeddinci Astana görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İran və Türkiyə dövlət başçılarının Rusiya prezidenti ilə təkbətək görüşləri də gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki