image-qanunla-reklam
image-1639715341-572119f4-aa52-450d-a5af-03a23cee5e0f

Elektron qolbaq daşıyan şəxs narkotiklə tutuldu

image-lady-day-az

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən Qanunla.Az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Kərimli kənd sakini Elşən İsmayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada qurudulmuş marixuana aşkarlanıb. Götürülən narkotik vasitə ekspertizaya təqdim olunub və faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, E.İsmayılov ötən il də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə o, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki