image-qanunla-reklam
image-1688673817-elcin-sadiqov

Elçin Sadıqovun vəkillik fəaliyyəti DAYANDIRILDI

image-lady-day-az

Xəbər verdiyimiz kimi, Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırılıb.

“Qanunla.az” xəbər verir ki, fəaliyyəti dayandırılan vəkillərdən biri də Elçin Sadıqovdur. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. E. Sadıqov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarından mətbuat vasitəsilə məlumat aldığını və verilən qərarı siyasi hesab etdiyini qeyd edib.

Qeyd edək ki, E. Sadıqovun Vəkillər Kollegiyasının üzvülüyündən xaric edilməsi barədə məhkəməyə müraciət ediləcək.

E.Sadıqov vəkili olduğu “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur. O, sonradan ev dustaqlığına buraxılıb, cinayət işi ayrıca icraata götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki