image-qanunla-reklam
image-1631598268-_112811479_86710d5f-d870-4db9-8344-4bd26335ea8f

Dünyada virusa yoluxanların sayı 226 milyonu keçdi

image-lady-day-az

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

Qanunla.Az   “Worldometer”ə istinadən xəbər verir ki, dünyada COVID-19-a 226 003 396 yoluxma aşkarlanıb.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 651 424 nəfərə çatıb. Virusa yoluxan 202 648 053 pasiyentin isə həyatını xilas etmək olub.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Amerikada yoluxma sayı 42 milyonu ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki