image-qanunla-reklam
image-1655443784-1050666

Dünyada məcburi köçkünlərin sayı 100 milyonu ötüb

image-lady-day-az

Dünyada məcburi köçkünlərin sayı 100 milyon nəfəri ötüb.

“Qanunla.az” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) hesabatında deyilir.

Bildirilir ki, son on ildə evlərini tərk etməyə məcbur olan insanların sayı hər il artıb və qeydiyyat başlayandan bəri ən yüksək səviyyəyə çatıb.

“Bəzi mübət əlamətlərin olmağına baxmayaraq, məcburi köçün sürəti və miqyası bu insanlar üçün həll yolu tapılmasını çətinləşdirir”, hesabatda deyilir.

Sənədə əsasən, 2021-ci ilin sonuna müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması nəticəsində məcburi köçkünlərin sayı əvvəlki ilə nisbətən 8 faiz artaraq 89,3 milyon nəfərə çatıb. Ali Komissarlığının məlumatına görə, bu, 10 il əvvəlkindən iki dəfə çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki