image-qanunla-reklam
image-pasin

Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanımasın – Paşinyan

image-lady-day-az

Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib və qeydə alınmayıb.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.

“Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”, – deyə o əlavə edib.

Paşinyan hətta ATƏT-in keçmiş Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxuyaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib.

“Beynəlxalq hüquq baxımından Qarabağ, bütün bu ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, – Ermənistan baş naziri bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki