image-qanunla-reklam
image-dik-rutan

Dünya ətrafında ilk fasiləsiz uçuşu həyata keçirən pilot öldü

image-lady-day-az

Dünya ətrafında ilk fasiləsiz uçuşu həyata keçirən amerikalı pilot Dik Rutan 85 yaşında vəfat edib.

Qanunla.Az xəbər verir ki, bu barədə “Assoşeyted Press” nəşri məlumat yayıb.

Agentlik bildirib ki, Dik Rutan Aydaho ştatında müalicə aldığı xəstəxanada ölüb.

Dostu Bill Uitlın sözlərinə görə, pilot ağır ağciyər infeksiyasına yoluxmuşdu.

Qeyd edək ki, Dik Rutan ikinci pilot Cin Yegerlə birlikdə 1986-cı ildə aviasiya tarixində ilk dəfə olaraq fasiləsiz dünya turu həyata keçirmişdi. Uçuş 9 gün 3 dəqiqəyə başa gəlmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki