image-qanunla-reklam
image-dsx-narkotik

DSX-dən əməliyyat: 12 kq narkotik müsadirə edildi

image-lady-day-az

Fevral ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yar­dımlı rayonu­nun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahə­sin­də sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Bu barədə Qanunla.Az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd olunub ki, həmin bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər mad­də­lər aşkar­lanaraq götürülüb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki