image-qanunla-reklam
image-1643367586-1588425060-1519796581_1476714926_mehkeme1525423042

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası azaldıldı

image-lady-day-az

Ali Məhkəmədə dövlətə xəyanətdə təqsirləndirilən “xeberman.com” saytının redaktoru Polad Aslanovun cəzası azaldılıb.

“Qanunla.az” xəbər verir ki, Ali Məhkəmədə iş üzrə məhkəmə qərarı elan olunub.

Qərara görə P. Aslanovun cəzası 16 ildən 13 ilə endirib.

Xatırladaq ki, P.Aslanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunur.

DTX-nın yaydığı rəsmi açıqlamasında qeyd olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Bundan başqa Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə suçlanır. İttihama görə, həmin jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov tərəfindən hədələnib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) maddəsi ilə də təqsirləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki