image-qanunla-reklam
image-1671269900_ijo

Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir

image-lady-day-az

Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir

Azərbaycan Respublikasında Siyasi partiyalar haqqında ilk Qanun 31 il əvvəl qəbul olunub. O zaman ölkədə fərqli siyasi mühit mövcud idi. Bundan əlavə, siyasi partiyaların təsis edilməsi və fəaliyyət göstərməsi çox primitiv tələblər əsasında qurulmuşdu. Təbii ki, 31 il əvvəl partiyaların şəxsi maraqlar üzərində mübarizəyə qoşulması ölkənin siyasi mənzərəsində durğunluq müşahidə olunurdu. Buna baxmayaraq, qanun qəbul olunandan ötən dövr ərzində ölkə böyük inkişaf yolu keçdi. Müstəqilliyimiz möhkəmləndi, dövlətçilik əsasları və yeni reallıqlar yarandı. Ölkənin həyatı tamamilə dəyişdi və Azərbaycan qalib ölkəyə çevrildi. Bu gün isə daha fəal siyasi mühitin formalaşması yeni reallığın çağırışıdır. Ölkədə keçirilən islahatlar həyatımızın hər bir sahəsini əhatə edir. Siyasi sistemin mərkəzi elementi olan partiyalar, ilk növbədə, dövlətdə siyasi hakimiyyətə malik olmağa can atır, yerli və mərkəzi idaretmə orqanlarında öz nümayəndələri vasitəsilə təmsil olunmaq istəyirlər.

Bu reallığı bütün sivil və demokratik dövlətlər qəbul edir və öz fəaliyyətlərində rəhbər prinsip kimi həyata keçirirlər. Demokratik dünyanın mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası da bu baxımdan istisna təşkil etmir. Ölkəmiz demokratiyaya davamlı proses kimi yanaşaraq, onun inkişafı naminə ardıcıl və sistemli addımlar atır, siyasi sistemin daha da təkmilləşməsi məqsədiylə müvafiq islahatlar kursunu həyata keçirir.  Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşdı. Siyasi mədəniyyət keyfiyyətcə yeni mərhələyə keçdi. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu və onun inkişaf istiqamətlərinin konturları cızıldı.Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz və “dəmir yumruq”a çevrilmiş xalqımızın əldə etdiyi tarixi qələbə yeni siyasi reallıqlar yaratdı. Bütün bu gerçəkliklər fonunda qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi mənafeyinə xidmət edən addımların atılması tarixi zərurətə çevrildi. Bu yolda ən mühüm addım “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması oldu.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki