image-qanunla-reklam
image-bayraq_meydani_120715

Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir

image-lady-day-az

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir

 Milli mənəvi dəyərlərimizin simvollarından olan bayrağımızın yüksəkliklərdə dalğalanması, beynəlxalq idman yarışlarında və başqa tədbirlərdə Azərbaycan övladlarının qazandıqları qələbələri  ilə əlaqədar göylərdə dalğalanması hər bir vətən övladını fərəhləndirir. Bayrağımız zəfərimizin simvoludur. 30 ildən sonra işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsində zəfər qazanan dövlətimizin, rəşadətli Ordumuzun vətənpərvərliyi sayəsində üçrəngli bayrağımız göylərdə daha vüqarla dalğalanmağa başladı. Ölkə prezidentinin sərəncamı ilə 8 noyabr tarixinin Zəfər günü təsis edilməsi ilə iki gözəl, möhtəşəm bayramı biz  sevinclə qeyd edirik. Arzularım, istəklərim sonsuzdur. Qoy bu cür bayramlarımızda insanlar daha çox şənlənsinlər, sevinc sevincə qarışsın. Düşmən baxıb qəhr olsun.

Azərbaycan Respublikası cənab Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u Dövlət bayrağı günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur yeridir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

Artıq 2 ildirki bayrağımız Füzulidə, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanır və bundan sonra da əbədi dalğalanacaqdır.

Biz bu gün əziz bayramlar ərəfəsindəyik. Qoy dövlətimizin üçrəngli bayrağı daha yüksək pillələrdə dalğalansın, qalib dövlət olan Azərbaycan Respublikasının şanı, şöhrəti daha da artsın.

 

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki