image-qanunla-reklam
image-yenigundem_7bcf187867cde7f25fd5a67b0e2edb5e_xhn3m9yi64gs2cuqrkw0-620x460

Dövlət başçımızın aparılan bərpa-quruculuq işlərinə şəxsən özünün nəzarət etməsi qürurvericidir – Deputat

image-lady-day-az

“İşğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin əvvəllərindən başlanmış genişmiqyaslı bərpa işləri uğurla davam etdirilir. Dövlət başçısı demək olar ki, bütün azad olunmuş ərazilərimizə gedib, aparılan bərpa işləri ilə yerində tanış olub, hazır obyektlərin açılışını edib, yeni tikintilərin təməlini qoyub. İşğaldan azad olunmuş digər rayonlarla müqayisədə Kəlbəcər və Laçın daha mürəkkəb coğrafi və təbii relyefi olan dağlıq əraziləri əhatə edir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti həmin rayonları kompleks şəkildə yenidən qurur. Bu baxımdan Prezident İlham Əliyevin bir güllə atmadan hər iki rayonu düşmən işğalından azad etməsi möhtəşəm zəfərin nişanəsidir. Məhz, bu mənada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri tarixi hadisə hesab edilməlidir.”

Bu fikirləri “Yeni Gündəm”ə açılamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində diqqətçəkən bir neçə vacib məqamı xüsusilə qeyd etmək lazımdır: “İlk növbədə, vurğulamalıyıq ki, həm işğaldan azad olunmuş ərazilərin bərpası, həm də ölkənin digər regionlarının inkişafı dövlət başçısının diqqət mərkəzindədir. Səfər bir daha  sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla çalışır. Artıq qısa zaman ərzində bir sıra iri layihələrin icrası başa çatdırılıb. Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası azad olunmuş ərazilərin bərpası istiqamətində güclü siyasi iradənin olduğunu nümayiş etdirir. Həm də belə layihələr dövlətimizin yetərli maliyyə imkanlarından  xəbər verir.”

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısının ötən Kəlbəcər səfərindən sonra növbəti dəfə burada yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su-Elektrik Stansiyasının açılışının olması, Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa olunması ölkədə aparılan köklü işlərin əhəmiyyətini göstərir: “Prezident İlham Əliyev bu səfəri zamanı Laçın rayonunda “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, “Həkəriçay” su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında və  Kəlbəcər-Laçın avtomobil yolunda, Kəlbəcərdəki “Çıraq-1” Kiçik Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış oldu. O cümlədən dövlət başçısı Kəlbəcər şəhərinin baş planı ilə tanış oldu, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və “İstisu” mineral su zavodunun təməlini qoydu. Bütün bunlar Laçın və Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işlərinin məhdud sfera ilə yekunlaşmayaraq kompleks məzmun daşıdığını göstərir. Çünki, həm Kəlbəcər, həm Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək. Qeyd etmək gərəkdir ki, ümumilikdə bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi önəm daşıyır.  Azad edilmiş torpaqların investisiya baxımından inkişafı üçün  məhz tunellərin salınması Şərqi Zəngəzurun inkişafı üçün strateji bir layihə kimi dəyərləndirmək olar. Çətin keçilən relyefə malik ərazilərimizdə müasir standartlara cavab verən yolların çəkilməsi, tunellərin inşası uzun zaman,  böyük məbləğdə maliyyə vəsaiti gərəkdirsə də, cənab Prezident uzaqgörən siyasəti ilə bu ali missiyanın öhdəsindən ləyaqətlə gəlir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki