image-qanunla-reklam
image-1679121598-64155bb0bbba864155bb0bbba9167912132864155bb0bbba664155bb0bbba7

DİN və DSX birgə əməliyyat keçirdi – Saxlanılanlar var

image-lady-day-az

Mart ayının 18-də saat 03:40-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qanunla.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Bakı şəhər sakinləri Ələkbərov Nicat Hatəm oğlu, Qurbanov Əlixan Əlzahid oğlu və Şükürov Yəhya Tahir oğlu olmaları müəyyən edilmiş, avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 500 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki