image-qanunla-reklam
image-1658901715_69_main

Deputat Ukraynanın yeni baş prokuroru ola bilər

image-lady-day-az

Ukraynanın yeni baş prokuroru deputat, Ukrayna parlamentinin hüquq siyasəti komitəsinin rəhbəri Andrey Kostin ola bilər.

“Qanunla.az “ xəbər verir ki, onun yeni baş prokuror təyin edilməsi ilə bağlı qərarı prezident Volodimir Zelenski Ali Radada müraciət edib.

Ukrayna Konstitusiyasının 106-cı maddəsinin birinci hissəsinin 11-ci bəndinə və 131-1-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, mən Ukrayna Ali Radasının Andrey Kostinin Baş prokurorun vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə vəsatət verirəm”, – təqdimatda deyilir.

Bu təqdimatı Ali Radanın plenar iclasında təqdim etmək səlahiyyəti Prezidentin Konstitusiya Məhkəməsindəki nümayəndəsi Fedir Venislavskiyə verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki