image-qanunla-reklam
image-1659589759_goc-meksika-abd-gocmen-ap-1856820_2

Daha bir jurnalist qətlə yetirildi

image-lady-day-az

Meksikanın Quanaxuato əyalətində silahlı hücum nəticəsində biri jurnalist olmaqla 4 nəfər həlak olub.

“Qanunla.az” xarici KİV-ə  istinadən xəbər verir  ki,  əyalətin San Luis de la Paz şəhərində aralarında bir jurnalistin də olduğu qrupa silahlı hücum təşkil edilib.

Hücumda “Tu Voz” saytının idarəçisi Ernesto Mendez də daxil olmaqla 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Mendezin bir müddətdir aldığı təhdidlərə görə prokurorluqdan qorunma tələb etdiyi paylaşılıb.

Sonuncu qətllə bu ilin əvvəlindən ölkədə öldürülən jurnalistlərin sayı 13-ə yüksəlib.

Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) məlumatına görə, 2000-ci ildən bəri ölkədə öldürülən jurnalistlərin sayı 150-ni ötüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki