image-qanunla-reklam
image-1636019302_1620375360_182621295_104507571808991_2669797111124330080_nsusa-2

DAĞLIQ QARABAĞ MÖVCUD DEYİL

image-lady-day-az

DAĞLIQ QARABAĞ MÖVCUD DEYİL.

1820-ci ilin sonlarından başlayaraq ermənilər Azərbaycana, xüsusilə Qarabağa kütləvi şəkildə köçürülmüşdür. Ermənilər öz “mənbələrində” bölgənin adını “Artsax” kimi işlədib.Amma maraqlısı odur ki,bu sözün kökü Azərbaycana, türklərə gedib çıxır.Sözün ilkin forması “Ərsak”-ərazidə yaşayan sak tayfalarının igidləri, ərlərinin şərəfinə verilmişdir. Ermənilər sadəcə sözü özlərinə uyğunlaşdırıb saxtalaşdırmışlar. Sovet hakimiyyəti dövründə Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdir. Məlum münaqişə başladığı gündən torpaqlarımız illərlə işğal altında qalmışdır. Lakin 44 günlük Vətən müharibəsi düşmənin arzularını gözündə qoydu! Zəfər günündən sonra cənab Prezident İlham Əliyev respublikamızda iqtisadi zonaların adlarını yenidən elan etdi.

Artıq dövlətimiz ərazi bütövlüyünü Ali Baş Komandanın polad iradəsi, igid əsgərlərimizin sarsılmaz gücü, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin inanılmaz rəşadəti ilə bərpa edib! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

Xanməmmədova Samirə Siyasət qızı.

Zərdab rayon, Z.Məmmədov adına Kəndəbil kənd tam orta məktəbin İngilis dili müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki