image-qanunla-reklam
image-download

Consonun istefasından sonra Bayden bəyanat verdi

image-lady-day-az

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Böyük Britaniyanın baş naziri Boris Consonun istefasından sonra bu ölkə ilə sıx əməkdaşlığın davam etdiriləcəyini gözlədiyini bildirib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Bayden yazılı bəyanat verib.

Beyənatda deyilir:

“Bir çox prioritet məsələlərdə Böyük Britaniya hökuməti, eləcə də dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirməyi gözləyirik”

Bu əməkdaşlığın Ukraynaya dəstəyin davamını ehtiva etdiyini deyən Bayden, Rusiya prezidenti Vladimir Putinin əməllərinə görə cavab verməsi üçün Böyük Britaniya ilə əməkdaşlığı davam etdirəcəklərini qeyd edib.

Ağ Ev sözçüsü Karine Jean-Pierre, ABŞ və İngiltərə arasındakı ittifaqın güclü şəkildə davam etdiyini vurğulayaraq, “İngilis xalqı ilə xüsusi əlaqəmiz davam edəcək, bu dəyişməyəcək” deyib.

Baydenin keçən həftə Madriddə NATO Sammitində olduğunu xatırladan Jean-Pierre, “Hamınız Baydenin mətbuat konfransında söylədiklərini eşitdiniz. NATO ölkələri bir daha Ukraynaya kömək etməyə davam edəcəklərini bildirdilər. Bu dəyişməyəcək” -deyə Ağ Ev sözçüsü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki