Çinin Siçuan əyalətinin Luçjou şəhərində 6 bal gücündə zəlzələ baş verib.
Qanunla.Az xəbər verir ki, bu barədə Çinin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.
Hadisə yerin 10 km dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində 3 nəfər ölüb, 60 nəfər isə yaralanıb. 700-dən çox evə ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları davam edir.