image-qanunla-reklam
image-1649082162-1566823280_mese

Çilidə meşə yanğınları – Ölənlər var

image-lady-day-az

Çilidə ölkə boyu minlərlə hektar meşə sahəsini məhv edən yanğınlarda ən azı 13 nəfər ölüb.

“Qanunla.az” xəbər verir ki, Daxili işlər naziri Karolina Taxo paytaxt Santyaqodan təxminən 500 kilometr cənubda, Biobio vilayətindəki Santa Xuan şəhərində biri yanğınsöndürən də daxil olmaqla 11 nəfərin öldüyünü açıqlayıb.

Yanğının havadan söndürülməsinə kömək edən helikopterin qəzaya uğraması nəticəsində daha iki nəfər həlak olub.

Son məlumatlara görə, yanğın 14 min hektardan çox ərazini əhatə edib. Hökumətin fövqəladə vəziyyət elan etdiyi Biobio və qonşu Nubla bölgəsində yanğınların əhəmiyyətli hissəsi davam edir.

Prezident Qabriel Boriç zərərçəkmiş ərazilərə baş çəkib. Onun sözlərinə görə, bəzi yanğınların səbəbi qəsdən yandırma ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki