image-qanunla-reklam
image-qeza-mersedes

Cəlilabadda bir ailə qəzaya düşdü: ölən var – Foto

image-lady-day-az

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Qanunla.Az  Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mersedes” minik avtomobili “Kamaz” markalı yük avtomobili aparan evakuatora çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri – 1952-ci il təvəllüdlü Məcid Abbasqulu oğlu Talıbov, 1992-ci il təvəllüdlü Vüsalə Talıbova, 2010-cu il təvəllüdlü Məcid Ramiz oğlu Talıbov və 2008-ci il təvəllüdlü Yusif Ramiz oğlu Talıbov xəsarət alıb, 1954-cü il təvəllüdlü Zümrüd Əlibəy qızı Talıbova isə vəfat edib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki