image-qanunla-reklam
image-1673375967-ilhamprez

Bugünkü dünyada güc amili ön plana çıxır

image-lady-day-az

Bugünkü dünyada güc amili ön plana çıxır

Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni
imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və
Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.
Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca
genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.
Bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30
illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə
gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq.
“Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır”. Bu sözləri 30 illik işğal dönəmində gördüyümüzü, aparılan danışıqların, müzakirələrin heç bir nəticə verməyini söyləyən dövlətimizin başçısı nəticəyə gətirib çıxaranın bizim gücümüzün olduğunu vurğulayıb. “Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq”, – deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Bu gün biz digər regionlardakı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunması ilə bağlı konkret mexanizmlərin qurulduğunu və bu qətnamələrin yerinə yetirildiyinin şahidiyik. Azərbaycana münasibətdə isə əksi baş verdi. Ona görə də indi Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir, öz haqlı davasında böyük zəfərlər qazanır. Eyni zamanda, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını həyata keçirir. Düşünürəm ki, bu da bir növ BMT-nin nüfuzunun bərpasına xidmət edir. Çünki Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunmamış qalmışdı.
Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etməyib, eyni zamanda, beynəlxalq hüququn tələblərini yerinə gətirib: “Buna paralel olaraq həm də BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünün müdafiə hüququnu təmin edib ki, bu da bütün dünyada istər hüquq kontekstində, istər dövlətlərararası münasibətlərdə, istərsə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kontekstində haqlı addımlardır, təqdir olunmalıdır və olunur. Ötən müddət ərzində Azərbaycan öz suveren ərazilərini bərpa etmək üçün hüquqi bazanı bir qədər genişləndirib və onu hansısa hüquqa əsaslanaraq, ittiham edə biləcək mümkün perspektiv arqumentlərin hamısını istər beynəlxalq təşkilatlardan, istər erməniləri, işğalçılığı himayə edən dövlətlərdən alıb.

Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki