image-qanunla-reklam
image-ermeni-polis

Bu, terror aktına xarakterik davranışdır – Pambuxçyan

image-lady-day-az

İrəvanın mer müavini Armen Pambuxçyan ölkə paytaxtının polis bölməsinə edilmiş hücumu terror aktı kimi səciyyələndirib.

Qanunla.Az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

A. Pambuxçyan bildirib ki, saxlanılan şəxsin şəxsiyyəti hələ açıqlanmayıb:

“Onunla birgə olan iki nəfər xəstəxanaya yerləşdirilib. Onun nə istədiyini bilmirəm, lakin aydın idi ki, bu, terror aktına xarakterik davranışdır. Hər hansısa şəxs silah və ya partlayıcı ilə polis bölməsinə gəlirsə, bu, bizim cinayət məcəlləmizə görə, terror aktıdır”.

Xatırladaq ki, martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub. Üç şübhəli şəxs polis bölməsinə qumbara atsa da, yaralanan ancaq özlərindən iki nəfər olub. Digər şəxsi isə xüsusi təyinatlılar zərərsizləşdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki