image-qanunla-reklam
image-1672316106_vardan

Bu tarixdə Vardanyanın istefası elan ediləcək

image-lady-day-az

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət hissəsində məskunlaşan terorçu rejimin rəhbəri Arayik Harutyunyan fevralın 23-də xüsusi müraciətlə çıxış edəcək.

Qanunla.az xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Joxovurd” qəzeti məlumat dərc edib.

Məlumata görə, terrorçuların rəhbəri Moskvanın oraya “dövlət naziri” kimi göndərdiyi Ruben Vardanyanın vəzifəsindən azad olunmasını elan edəcək.

Qeyd olunub ki, “dövlət naziri” vəzifəsinə yeni namizəd separatçıların “baş prokuroru” Qurgen Nersisyandır.

Onu da deyək ki, Vardanyanın istefası ilə bağlı məlumatı “Hraparak” qəzeti də dərc edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki