image-qanunla-reklam
image-1653974482__123574901_deff8250-1ca2-405a-b1db-352bd84067ae

Bu ölkə Ukrayna üçün “sülh planı” HAZIRLAYIB

image-lady-day-az

Dörd NATO və Aİ ölkəsi Ukraynaya yardımı bir anda iflic edir.

“Qanunla.az” xəbər verir ki, bu fikirləri ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski yerli KİV-lərdən birinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın tərəfdarları və əleyhdarları artıq başa düşürlər: dönüş nöqtəsi gəlib çatıb – dünyanın taleyi həll olunur.

“Ona görə də tamamilə yeni beynəlxalq strukturdan danışan  Consonun (Britaniya Baş naziri Boris Conson – red.) reaksiyasını başa düşürəm. Bu, təbiidir. Dörd NATO ölkəsi – İtaliya, Fransa, Almaniya və Macarıstan “NATO və Aİ-nin dörd ölkəsi” üzərində oynayır. Beləliklə, onlar Aİ və NATO-nun Ukraynaya dəstək fəaliyyətini iflic edir”, – Piontkovski bildirib.

Daha əvvəl o, Putinin kəşfiyyat xidmətlərinin Avropada qlobal əməliyyatı barədə xəbərdarlıq edərək, bir sıra Aİ ölkələrinin Ukraynaya “təslim olmaq planı” təklif etdiyini bildirib.

Ukrayna mətbuatında yer alab xəbərlərə görə, İtaliya Ukrayna üçün dörd mərhələdən ibarət “sülh planı” hazırlayıb:

– BMT-nin nəzarəti altında atəşkəs və münaqişə xəttinin aradan qaldırılması;

– Ukraynanın qısamüddətli Aİ-yə daxil olması və NATO-ya daxil olmadan neytral statusu;

– Beynəlxalq səviyyədə tanınmış sərhədlərlə bağlı mübahisələri həll etmək üçün Ukrayna və Rusiya arasında Donbass və Krımın “mübahisəli əraziləri” haqqında saziş;

– Silahlara nəzarət və münaqişələrin qarşısının alınmasını təmin etməli olan Avropada sülh və təhlükəsizlik haqqında yeni çoxtərəfli müqavilə.

Növbəti mərhələnin həyata keçirilməsi üçün tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə hər mərhələdə baxılması nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki