image-qanunla-reklam
image-1658906441_1658904887

Bu gün “Taxıl dəhlizi” üzrə Birgə Koordinasiya Mərkəzi açılır

image-lady-day-az

Bu gün “Taxıl dəhlizi sazişi” çərçivəsində qurulan Birgə Koordinasiya Mərkəzinin açılışı baş tutacaq

“Qanunla.az” xəbər verir ki, İstanbulda Milli Müdafiə Universitetində yerləşəcək mərkəzin açılışını milli müdafiə naziri Hulusi Akar özü edəcək.

Mərkəzdə Türkiyə, Ukrayna və Rusiyadan olan hərbi rəsmilər vəzifə götürəcək. Bundan əlavə, BMT-ni təmsil edən diplomatlar da iştirak edəcəklər.

Birgə Koordinasiya Mərkəzi Ukraynanın 3 limanından çıxan taxıl yüklü gəmilərin bütün hərəkətlərini diqqətlə izləyəcək. Qara dənizdə yaradılan dəhlizdən istifadə edəcək gəmilər zərurət yaranarsa, boğazlardan keçməzdən əvvəl yoxlanılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki